İngiltərənin "Norviç” klubunun futbolçusu Dyomersi Mbokani Brüsseldəki hava limanında tekkor aktı zamanı sağ qalmasından danışıb. Sportnet.az-ın məlumatına gprı, Konqo millisinin də üzvü olan 31 yaşlı hücumçu həlak olmadığına görə həyat yoldaşına borclu olduğu bildirib.
Onlar xoş bir təsadüf nəticəsində sağ qalıblar: "Partlayış zamanı hava limanında yox, səkidə idim. Əgər 1 dəqiqə tez içəri girsəydik, yəqin ki, biz də həlak olmuşduq. Sağ qalmağımız həyat yoldaşımın sayəsindədir. O, mənə bir neçə dəqiqəyə təyyarə ilə yerə enən qohumunu küçədə gözləməyi xahiş etdi. Bu da bizi xilas etdi. Bu, sadəcə, möcüzədir”.