Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasıının (U-21) baş məşqçisi Nikolay Pisarev azərbaycanlı həmyaşıdları ilə bugünkü rəsmi oyunu dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, rusyalı mütəxəssis 2:2 hesabı ilə nəticələnən ev oyununda qələbəyə daha layiq olduqlarını düşünür.
O, fikrini oyun boyu topa nəzarət etmələri ilə əsaslandıırb: "Biz matça nəzarət edirdik. Bilirdik ki, rəqib ikinci nömrə ilə oynayacaq. Belə olan halda, sıx müdafiəni açmalı olduğumuzu bilirdik, buna hazırlaşırdıq. Anxaq standart vəziyyətdən 2 qol buraxdıq. Rəqibin belə qollar vurmasına hazır olmadıq. İndi səhvləri təhlil edərək irəli hərəkət etmək lazımdır”.
Qeyd edək ki, bu, Pisarevin U-21-də baş məşqçi postuna qayıdışından sonra ilk oyunu olub.