Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qazaxıstan yığması ilə sabahkı yoldaşlıq görüşünə start heyətini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis ilk dəqiqələrdən Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Dmitri Nazarov, Araz Abdullayev, Əfran İsmayılov, Ağabala Ramazanov və Ruslan Qurbanovu meydana buraxacaq.
Göründüyü kimi, "İnter"in qapıçısı Kamran Ağayevin yer aldığı start heyətdə daha çox "Qarabağ”ın futbolçularına şans verilib. Sadıqovla Hüseynov müdafiənin mərkəzində, Medvedev sağ cinahda yer alacaq. Müdafiənin sol cinahı "Qəbələ”li Arif Daşdəmirova tapşırılıb. Digər "Qarabağ”lılardan Qarayev dayaq yarımmüdafiəçisi mövqeyində, İsmayılov yarımmüdafiənin sağ cinahında yer alacaq. Almaniyanın "Karlsrue” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov oyun qurucusu funskiyasını yerinə yetirəcək. Hücumda "Sumqayıt”dan Ağabala Ramazanovla "Neftçi”li Ruslan Qurbanov çıxış edəcək.