1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əfran İsmayılov: "Bir anlıq anlaşılmazlıqdan...”
"Tanıdığımız rəqib idi, bilirdik ki, ağır oyun olacaq. Qazaxıstan futbolu hazırda bizim futbol kimi inkişafdadır”. Bunu Sportnet.az-a Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov Qazaxıstan yığması ilə Antalyadakı yoldaşlıq görüşündən sonra deyib.
Qarşılaşma ilə bağlı fikirlərini bildirən İsmayılov rəqibin müdafiəyə daha çox meyl etdiyini söyləyib: "Bir anlıq anlaşılmazlıqdan qapımızda qol gördük. Rəqib erkən qoldan istifadə edib müdafədən oynamağa başladı. Hesabı bərabərləşdirmək üçün çox çalışdıq. Ümumiyyətlə, yoldaşlıq oyunu olmasına baxmayaraq, qələbə qazanmaq istəyirdik. Az da olsa, qol şansımız yarandı. Ancaq istifadə edə bilmədik. Nəticədə məğlub olduq. Qələbə qazansaydıq, bizim üçün əla olardı. Amma bu toplanışın komandaya xeyir verdiyini düşünürəm”.
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstana 0:1 hesabı ilə uduzub.