Belarusla yoldaşlıq görüşünə çıxaraq, Ermənistan milli komandasında debüt edən "Karpatı"nın futbolçusu Geqam Kadimyan Ukrayna qanunvericiliyini pozmaqda şübhəli bilinir. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu klubu tərəfindən Ukrayna vətəndaşı kimi sifariş olunub və legioner sayılmır.
Amma ölkə qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Kadimyanın Ermənistan yığmasına çağırılması bu ölkənin pasportuna malik olduğu anlamına gəlir. Ukrayna qanunvericiliyinə əsasən, o, vətəndaşlıqdan məhrum edilməli və legioner sayılmalıdır.
Qeyd edək ki, Ermənistan - Belarus matçı qolsuz nəticələnib - 0:0.








































































