Uqanda milli komandasının qapıçısı Abel Daira 29 yaşında dünyasını dəyişib. Sportnet.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, səbəb xərçəng xəstəliyi olub.
Daira İslandiyada yaşayıb və yerli klublardan birində çıxış edib. Ona xərçəng diaqnozu bir neçə ay öncə qoyulub.
Qapıçı millidə 2009-cu ildə debüt edib və 13 oyuna çıxıb.








































































