1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda ev istəyən Bədavi Hüseynov: “O, yaramazdır” - VİDEO
"Qarabağ”da oynamaqla çox şey qazanmışam, heç nə itirməmişəm. Açığı, uzaq gələcəklə bağlı düşünməmişəm. Azərbaycan mədəniyyəti, burdakı insanlar mənim üçün çox doğmalaşıb”. Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın futbolçusu Bədavi Hüseynov AFFA-nın "Sualla Zərbə” layihəsinin qonağı olarkən deyib.
Azərbaycan milli komandasının da üzvü olan milliləşdirilmiş dağıstanlı müdafiəçi ölkəmizdə özünü evdəki kimi rahat hiss etdiyini bildirib: "Hətta gələcəkdə Azərbaycanda yaşamasam belə, burda ev almaq istəyirəm. Çünki Azərbaycanda dost-tanışlarım çoxdur və gələcəkdə bura tez-tez gələcəyimi düşünürəm”.
Hüseynov ən unudulmaz oyunları arasında İtaliya "İnter”i ilə Bakıdakı qolsuz bərabərliklə bitən qarşılaşmanı da qeyd edib. O, həmin matçda vurduqları təmiz qolu hakimlərin saymamasını və nəticədə qələbənin əllərindən alınmasını vurğulayıb. Avropada arzularının komandası kimi İspaniya "Real Madrid”inin adını çəkən müdafiəçi indiyədək qarşı oynadığı hücumçulardan da söz açıb: "Təbii ki, gələcəkdə daha güclü klublarda oynamaq məqsədim var. İndiyədək bir neçə yüksək səviyyəli hücumçuya qarşı oynamışam. Dünya ulduzu olan futbolçulara qarşı oynamaq çox çətindir. Onlar həqiqətən də yüksək ustalıq nümayiş etdirirlər. Mario Mancukiçin, Harri Keynin, məni qırmızı vərəqə almağa məcbur edən yaramaz Covinkonun, İtaliya millisinin digər üzvü Pellenin adını çəkə bilərəm”.
Hüseynov Azərbaycan Premyer Liqasında ən arzuolunmaz hücumçular kimi "Zirə”dən Nelson Bonilya ilə "Kəpəz”dən Julien Ebahı sayır. Onun fikrincə, ən perspektivli azərbaycanlı futbolçular "Qarabağ”ın üzvü olan, hazırda icarə əsasında "Kəpəz”də çıxış edən Namiq Ələsgərovla müqavilə ilə "Xəzər Lənkəran”ə məxsus Elnur Cəfərovdur.