Salvador milli komandası DÇ-2018-in Şimali və Mərkəzi Amerika zonası üzrə seçmə qrup mərhələsində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "Zirə"nin hücumçusu Nelson Bonilyanın da çıxış etdiyi komanda səfərdə Honduras yığması ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Bonilya sonadək meydanda olsa da, komandasının məğlubiyyətinə əngəl ola bilməyib.
Bu nəticədən sonra Salvador A qrupunda 2 xalla sonuncu - 4-cü pilləyə enib.








































































