Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatına daha bir vəsiqə sahibini tapıb. Sportnet.az-ın məlumatına görə, sayca 13-cü vəsiqəyə Fransa millisi yiyələnib.
Dünya çempionu Bernad Diomedin baş məşqçi olduğu komanda elit-raundun 6-cı qrupunda Yunanıstanın ardından İslandiyanı da eyni hesabla yenib - 1:0. Bununla da 2 turdan sonra 6 xal toplayan Fransa ən yaxın izləyicisi Avstriyanı 4 xal geridə qoyub və son turun nəticəsində asılı olmayaraq, qrup liderliyini təmin edib.
Beləliklə, mayın 21-dək davam edəcək çempionatda 16 iştirakçıdan 13-nün adı dəqiqləşib. Daha öncə təşkilatçı Azərbaycan millisindən əlavə, Danimarka, Serbiya, Almaniya, Hollandiya, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, Bosniya və Herseqovina, İtaliya da bu hüququ qazanıb.








































































