
Martın 10-da Dubayın baş prokuroru əfsanəvi futbolçudan şikayət məktubu alıb. Maradona məktubunda yazıb ki, Olisa onun zinət əşyalarını və 100 min dollardan çox qiymətə malik saatını oğurlayıb. Amma model bu olayla heç bir bağlılığının olmadığını iddia edib.
Qeyd edək ki, 1986-cı il dünya çempionatının qalibi bir müddət öncə 24 yaşlı modellə nişanı qaytarıb. Maradona Olivanın oğurluq etməsindən şübhələnib.