"Burada olduğumuz üçün şadıq. Azərbaycan millisini tanımıram. Amma anlayıram ki, komandanızın motivasiyası yaxşı olacaq. Çünki evdə oynayırsız”. Sportnet.az-ın məlumatına görə, bu sözləri Şotlandiyanın U-17 millisinin baş məşqçisi Skot Qemmil deyib.
Avro-2016-da Şotlandiya millisi Azərbaycanla eyni qrupda yer alıb. Şotland mütəxəssis Portuqaliyanın qrup favoriti olması fikrini qəbul etməyib: "Portuqaliyanın favorit olması fikri ilə razı deyiləm. Portuqaliyanın, Azərbaycanın, Belçikanın və Şotlandiyanın da qrupdan çıxmaq şansları var".