
Türkiyənin "Beşiktaş" klubu yeni stadionu "Vodafone Arena"da əslən azərbaycanlı iş adamı Rza Zərraba məxsus "skybox"u satıb. Sportnet.az-ın məlumatına görə, stadionun qərb hissəsində yerləşən "skybox"un satışı ötən həftə həyata keçirilib.
3 il müddətinə satılan "skybox"un qiyməti təxminən 500 min dollardır. Hazırda ABŞ-da həbsdə olan və "Beşiktaş" azarkeşi olduğu bildirilən R.Zərrab "skybox"u ötən ilin aprelində alıb.
Qeyd edək ki, "Vodafone Arena"da 147 loja var. Klubun 3 il müddətinə satılan "skybox"lardan üst-üstə 30 milyon dollar gəlir götürdüyü bildirilir.