Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının kubok turu başlayıb. Sportnet.az-ın məlumatına görə, ali mükafat ilk olaraq bu gün AÇ-nin milli dəstəkçilərindən olan "Coca-Cola" şirkətində ictimaiyyətə təqdim edilib.
Şirkətin baş ofisində keçirilən təqdimat mərasimində Avropa çempionatının Yerli Təşkilat Komitəsinin üzvləri və "Coca-Cola"nın əməkdaşları iştirak edib, kubok ilə şəkil çəkdirmək imkanı qazanıb.