Almaniyanın U-17 millisinin kapitanı Atakan Akkaynak Heydər Əliyev Hava Limanında "Report"un əməkdaşının suallarını cavablandırıb. Sportnet.az gənc futbolçunun müsahibəsini təqdim edir.
- Azərbaycan haqda hansı məlumatlara maliksiniz?
- Bilirəm ki, Azərbaycan olduqca gözəl ölkədir. Burada olduğumu üçün çox şadıq.
- Qitə birinciliyindən nə gözləyirsiz?
- Turniri yüksək səviyyədə keçirmək istəyirik. Bütün gücümüzü meydanda qoymalıyıq. Komandamız bu turnirdə özünü peşəkar səviyyədə göstərməlidir.
- Almaniya millisinin turnirdəki hədəfi nədən ibarətdir?
- Hədəfimiz çempion olmaqdır. Məqsədimizə çatmaq üçün hər matçda bütün gücümüzü meydanda qoyacağıq.
- Almaniya son 6 ildə 3 dəfə Avropa çempionatında final oynasa da, heç birində qalib olmayıb. Uğursuz seriyaya Bakıda son qoymaq mümkün olacaq?
- Həqiqətən də elədir. 3 dəfə Almaniya finala yüksəlsə də, heç birində qalib ola bilməyib. Amma bu uğursuzluğa son qoymaq zamanıdır. Bunun üçün bütün tam gücümüzlə çalışmalıyıq.
- Çempionatın favoriti qismində hansı komandaları görürsən?
- Avropa çempionatında çıxış edəcək hər bir komanda gücülüdür. Ona görə də konkret hansısa komandanı fərqləndirmək çətindir.