1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan haqda məlumatsızam"
"Avropa çempionatında iştirak edəcək hər kəsə uğurlar arzulayıram. Bu yarış bizim üçün yaxşı təcrübə olacaq. Çalışacağıq ki, uğurlu nəticə qazanaq”. Bunu Sportnet.az-a açıqlamasında Belçikanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Zinyo Vanhözden deyib.
Vanhözden A qrupunda təşkilatçı Azərbaycanın və ya Şotlandiyanın yox, Portuqaliyanın favorit olması fikri ilə razılaşmayıb: "Portuqaliyanın bu qrupun aşkar favoriti olduğunu düşünmürəm. Bəli, onların çox yaxşı komandaları var. Amma biz də zəif deyilik”.
Vanhözden Azərbaycan yığması haqda da danışıb: "Çempionatdakı hər bir komanda güclüdür. Amma Azərbaycan yığması haqda geniş məlumata sahib deyiləm. Komandanızın nəyə qadir olduğunu ilk oyunda görəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu mayın 5-də Portuqaliyaya qarşı keçirəcək. Həmin gün Belçika Şotlandiya ilə üz-üzə gələcək.