
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Ötən ay olduğu kimi yenə 269 xalı olan Robert Prosineçkinin baş məşqçi olduğu komanda 133-cü pilləyə yüksəlib.
Qeyd edək ki, siyahıya 1532 xalla Argentina başçılıq edir.