
İngiltərənin "Lester" klubunun tarixində ilk dəfə qazandığı çempionluğu qeyd etməyə 250 minədək azarkeş gəlib. Sportnet.az-ın məlumatına görə, futbolçuların olduğu avtobus şəhər küçələri ilə keçib.
Bundan sonra oyunçular Viktoriya Parkında quraşdırılmış xüsusi səhnəyə qalxıblar. Tədbir Britaniyanın "Kasabian" qrupunun konserti ilə yekunlaşıb.
Qeyd edək ki, "Lester" 2015-2016 mövsümündə 132 illik tarixində ilk dəfə İngiltərə çempionu olub. Lesterdə 2014-cü il siyahıalmasına əsasən, 337 min insan yaşayır.