Rumıniyalı futbolçu Manuel Skarlatakenin yenidən Azərbaycan Premyer Liqasında çıxış etməsi reallaşır. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçinin Bakının "İnter" klubuna keçidi rəsmiləşir.
Rumıniyaya müqavilə şərtlərini göndərən "İnter" rəhbərliyi legionerrdən yekun cavabı gözləyir. Skarlatake son mövsümdə Rumıniyanın "Astra" klubu ilə çempion olsa da, oradan ayrılmağa hazırdır. "Bankirlər".də komandada mərkəz müdafiəçiləri yetərincə olsa da, rumıniuyalı futbolçunun xidmətindən maraqlıdır.
Özü də bu, hələ ötən ilin qışında gürcü sabiq baş məşqçi Kaxaber Tsxadadzenin vaxtında olub. Ancaq onda Manuelin "Xəzər Lənkəran"la müqaviləsinin olması keçiddə problem yaratmışdı. indi isə Lənkəran komandası fəaliyyətini dayandırıb.