Portuqaliya millisi AVRO-2016-nın iştirakçıları arasında final mərhələsinin keçirildiyi Fransaya gələn ən son komanda olub. Sportnet.az-ın məlumatına görə, Kriştianu Ronaldunun kapitanı olduğu yığma hava limanından başlayaraq azarkeşlərin diqqət mərkəzində olub.
Belə ki, Portuqaliya klublarının və milli komandasının formalarını geyinən 200 nəfər azarkeş sevimli futbolçularını komanda avtobusuna minənədək gur alqışlayıblar.
Portuqaliya millisinin reqbi idman kompleksində keçirilən ilk məşqini 1033 nəfər insan izləyib.
Daha 1000 nəfər isə stadionun qapısında qalıb. Onlar içəri buraxılmaları üçün yalvarsalar da, istəklərinə çata bilməyiblər. Çünki məşq keçirilən məkanda yer olmayıb. Bəziləri isə maşının üstünə qalxmaqla məşqi izləməyə çalışıblar. Ronaldunun istənilən hərəkəti azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.