
Bolqarıstanın "Levski" klubunun futbolçusu Georgi Kostadinov Azərbaycandan dəvət alıb. Sportnet.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, ölkəsinin U-21 yığmasında çıxış etmiş mərkəz yarımmüdafiəçisi ölkəmizdən aldığı cəlbedici təklifi dəyərləndirmək fikrindədir.
Kostadinov "Levski"dən ciddi maddi problemlər üzündən getməyə qərar verib. 26 yaşlı futbolçu ilə maraqlanan Azərbaycan klubunun adı isə gizli saxlanılaraq yalnız elitadan olduğu bildirilir.
Futbolçuya yaxın mənbənin verdiyi məlumata görə, həmin klub onun ilk dəfə legioner karyerasını yaşaması üçün ciddi məbləğdə xərcə düşməyə hazırdir. Kostadinovun "Levksi" ilə 1 illik müqaviləsi olduğundan, transferini ilk növbədə klubu ilə həll etmək lazımdır.
Qeyd edək ki, Georgi 2015-ci ildən oynadığı paytaxt təmsilçisində 28 matçda 4 qol vurub. Onun karyerasında ən yaxşı dövr 2012/13 mövsümündə "Ludoqorets"lə Bolqarıstan kuboku və Superkubokunu qazandığı vaxt olub.