1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İsveçrə 1/8 finalda, Albaniya pley-offa namizəd oldu - YENİLƏNDİ
Bu gün AVRO-2016-da qrupda son tura start verilib. Sportnet.az-ın məlumatına görə, A qrupunda Fransanın ardınca İsveçrə 1/8 finala vəsiqə qazanıb. Bu yığmaların görüşündə qeydə alınan heç-heçə ev sahiblərini qrup lideri edibsə, rəqibini pley-offa çıxarıb.
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması tarixi nəticəyə imza atıb. Belə ki, albanlar final mərhələsində həm ilk qolunu vurub, həm də ilk qələbəsini qazanıb. Bununla da Albaniya məğlub etdiyi Rumıniyanı qabaqlayaraq qrupda 3-cü yeri tutub. İndi Aqollinin komandası qruplarda mübarizənin bitməsini gözləməlidir. Onda 3-cü yeri tutan 6 yığmadan hansı 4-nün 1/8 finala çıxacağı bilinəcək.
Avropa çempionatı, III tur
A qrupu
23:00. Rumıniya - Albaniya - 0:1
Qol: Armandu Sadiku, 43
Baş hakim: Pavel Kralovets (Çexiya)
Yan xətt hakimləri: Roman Slışko (Slovakiya), Tomaş Mokruş (Çexiya)
Əlavə köməkçi-hakimlər: Petr Ardelyanu, Mixal Patak (hər ikisi Çexiya)
Dördüncü hakim: Tasos Sidiropulos
Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)
Hakim-inspektor: Herbert Fandel (Almaniya)
UEFA nümayəndəsi: Martin Sturkenboom (Hollandiya)
23:00. İsveçrə - Fransa - 0:0
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Marko Frits
Ehtiyat köməkçi-hakim: Mark Borş (hər ikisi Almaniya)
Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)
UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr)
Xal durumu: Fransa - 7, İsveçrə - 5, Albaniya - 3, Rumıniya - 1.