"Sumqayıt" klubu bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, son olaraq AZAL-da çıxış etmiş Rail Məlikov 1 illik anlaşma əldə edilib.
Məlikov karyerası ərzində "Bakı", "Neftçi", "Dənizlispor" və "Qəbələ"nin formasını geyinib, AZAL-ın kapitanı olub. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.
Qeyd edək ki, bu gün "Sumqayıt" "Qəbələ"dən ayrılan dayaq yarımmüdafiəçisi Vadim Abdullayevlə də 1 illik müqavilə bağlayıb.













































































