
İspaniya milli komandasının kapitanı Serxio Ramos yeni rekord müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi Avropa çempionatının final mərhələsində yubileu - 15-ci oyununa çıxıb.
Bununla da Ramos həlledici mərhələdə oyun sayında (14) rekordçu olan əsas kapitan, qapıçı İker Kasilyası qabaqlayıb. 35 yaşlı qolkiper ehtiaytda qaldığından sarğı vitse-kapitan olan Ramosda olur.
Xatırladaq ki, uzun illər "Real"da da birgə çıxış etmiş Kasilyasla Ramos milli ilə 2 dəfə Avropa, 1 dəfə dünya çempionu olublar. Kasilyasın Madrid klubundan gedişindən sonra orada da kapitan Ramos olub.