UEFA Ukraynanın "Dnepr" klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka "Kopenhagen"i ilə ev oyununu Dnepropetrovskda keçirməsinə qadağa qoyub. Sportnet.az-ın "Dnepr"in rəsmi "Twitter"inə istinadən məlumatına görə, qarşılaşma Kiyevdə və ya Lvovda olacaq. 
	
	Konkret şəhərin adı isə bu gün açıqlanacaq. 
	
	Qeyd edək ki, "Dnepr" - "Kopenhagen" matçının iyulun 29-da keçirilməsi nəzərdə tutulub.









                 





    
    
    
    
    
    
    
    
    






















































