Almaniya milli komandasının hücumçusu Mario Qomes üçün AVRO-2016 vaxtından əvvəl başa çatıb. Sportnet.az-n məlumatına görə, "Beşiktaş"ın da əsas qol ümidi olan təcrübəli futbolçunun İtaliya yığması ilə 1/4 finalda alıdğı zədə ciddi olub.
Bunu bugünkü tibbi müayinə göstərib. Məlum olub ki, Maroonun arxa əzələsini dartıb. Nəticədə bir müddət müalicə almalı olacaq Qomes yığması finala çıxarsa belə, ona kömək edə bilməyəcək.
İtalyanlarla oyunda xəsarət alan yarımmüdafiəçilər Sami Hedira ilə Bastian Şvaynştayger isə Bundestimin tibbi personalının nəzarəti altında olacaqlar. Həkimlər onların yarımfinalda iştirakı ilə bağlı qərar verəcəklər.
Xatırladaq ki, Qomes final mərhələsində hər 4 oyunda meydanda olub və 2 qol vurub.