Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, turnirin II təsnifat mərhələsinə vəsiqə qazanan ilk 3 komanda müəyyənləşib.
Bunlar "Alaşkert", "Valletta" və TNS olublar. Sonuncular rəqibini hər iki oyunda məğlub edib. Özü də səfər qələbəsi böyükhesablı olub. "Santa Koloma" "Alaşkert"ə uduzduğu matçı 8 nəfərlə bitirməli olub. Bu oyunda baş hakim 4 futbolçuya qırmızı vərəqə göstərib ki, onlardan 3-nü Andorra təmsilçisinə olub. "Valletta" isə səfərdə uduzsa da, mərhələ adlaya bilib. Bu da rəqib meydanında vurduğu qolun sayəsində olub.
Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları
5 iyul
19:00. "Alaşkert" (Ermənistan) - "Santa Koloma" (Andorra) - 3:0
Qollar: Vahanq Minasyan, 20, Norayr Qyozalyan, 84, Artur Yedigaryan, 88
Qırmızı vərəqələr: Mihran Minasyan, 26 ("Alaşkert", birbaşa), Fernando Qonzales, 60 ("Santa Koloma", ikinci sarı), Kristian Martinez, Alejo, 90, ("Santa Koloma", birbaşa) İban Parra, 90 ("Santa Koloma", birbaşa)
İlk oyun - 0:0
21:00. "Torşavn" (Farer adaları) - "Valletta" (Malta) - 2:1
Qollar: Hanus Thorleifsson, 10, Hannes Aqnarsson, 66 - Federiko Falkone, 24
İlk oyun - 0:1
22:30. "Tre Penne" (San-Marino) - TNS (Uels) - 0:3
Qollar: Skott Quiqley, 45, Aaron Edvards, 47, Qreq Draper, 90
İlk oyun - 1:2.