AVRO-2016-nın Portuqaliya - Fransa finalına 3400 polis əməkdaşı cəlb olunacaq. Sportnet.az-ın məlumatına görə, onlar sabah Bakı vaxtilə Sen-Deni şəhərində keçiriləcək həlledici matçda təhlükəsizlik məsələlərinə cavabdeh olacaqlar.
1300 nəfər bilavasitə stadionda təhlükəsizliyi qoruyacaq. 1400 polis şəhərin fan-zonalarında çalışacaqlar. 700 şəxs isə ictimai nəqliyyatda növbə çəkəcəklər.