"Mən xoşbəxtəm. Bu şansı 2004-cü ildən gözləyirdim". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu deyib. AVRO-2016-nın qalibi olan 31 yaşlı hücumçu bu uğuru bütün ölkə olaraq haqq etdiklərini hesab edir: "Bu, karyeramda ən fantastik anlardan biridir. Mən həmişə deyirdim ki, öz ölkəm üçün nəsə qazanmaq istəyirəm. Budur, həmin an çatdı".
Ronaldu Fransa yığması ilə final oyununun əvvəlində zədələnərək meydanı tərk etçəsindən də söz açıb: "Təəssüf ki, finalda meydanı zədə üzündən çox erkən tərk etməli oldum. Ancaq mən komandayla bir olaraq qalırdım və qələbəmizə inanmaqda davam edirdim".
Qeyd edək ki, bu, Ronaldunun yığmayla qazandığı ilk titul olub. O, 2004-cü ildə vətənlərində keçirilən Avropa çempionatında vitse-çempion olmuşdu.