"Qarabağ" komandası sabah Lüksemburq "Düdelanj"ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
O bildirib ki, braziyalı hücumçu zədə üzündən ilk 11-likdə olmayacaq, sonradan meydana çıxma ehtimalı çox azdır: "Həkimlərin qərarına əsasən, hərəkət edəcəyik. Hər hansı risk varsa, buraxmayacağıq. İnanırıq ki, növbəti oyunlarda bizə kömək edə biləcək. Onun yoxluğunda Muaremlə Mahir Mədətovun birgə oynamaq ehtimalı var".
Qeyd edək ki, "Qarabağ" - "Düdelanj" matçı saat 21:00-da başlanacaq.