1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şeydayev AFFA-ya millimizdə oynamaq istədiyini bildirdi"
"Ramil Şeydayevin Azərbaycan milli komandasında oynamaq istəyi var. Əgər baş məşqçi Robert Prosineçki onu dəvət etsə, gəlib oynaya bilər". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının rəisi İslam Abbasov məlumat verib. Rusiyanın "Zenit" klubu ilə yollarını ayıran hücumçu Ramil Şeydayev AFFA ilə danışıqlar aparmaq üçün Bakıya gəlib. Onun səfərində əsas məqsəd Rusiya vətəndaşlığını Azərbaycan vətəndaşlığına dəyişmək və bunun da nəticəsində millimizdə oynamaq istəyini gələcəkdə reallaşdırmaqdır.
Abbasovun sözlərinə görə, yekun qərarı baş məşqçi Robert Prosineçki verəcək: "Eşitdiyimə görə, Ramil Bakıya gəlib. O, bu yaxınlarda bizimlə, AFFA ilə əlaqə saxlayaraq bildirdi ki, baş məşqçi dəvət etsə, Azərbaycan millisində oynayaram. Bizdə bu haqda məlumat var, millinin baş məşqçisi də məsələdən xəbərdardır. Bəli, Ramil Rusiyanın U-21 yığmasında oynayıb. Ancaq o, azərbaycanlıdır, əslən burdandır. Görünür, vətəninin yığmasında oynamaq istəyir. Ola bilər ki, "Zenit"dən gedəndən sonra bu qərara gəlib".
Şeydayev "Zenit"də oynadığı vaxtda millimizin şərəfini qoruyacağı halda legioner sayılacaqdı. 20 yaşlı futbolçu hazırda Türkiyənin "Trabzonspor" klubu ilə danışıqlar aparır. O, Rusiya U-21-də oynasa da, qaydalar Azərbaycanın əsas yığmasında çıxış etməsinə imkan verir.