1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramil Şeydayev: "Ümid edirəm ki, "Trabzonspor"a keçmək qərarım düzgündür"
Rusiyanın "Zenit" klubu ilə yollarını azərbaycanlı futbolçu Ramil Şeydayev "Trabzonspor"a keçidi ilə bağlı keçmiş baş məşqçisi Vladislav Radimova məlumat verib. Sportnet.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 20 yaşlı hücumçu bununla bağlı rusiyalı mütəxəssisə SMS göndərib.
Şeydayev orada birgə işə görə Radimova minnətdarlıq edib. Həmin mesajda bunlar yazılıb: "Nikolayeviç, salam!. "Trabzonspor"a keçməyi qərara aldım. Ümid edirəm ki, bu, düzgün qərardır. Hər şey görə çox sağ olun. Mən sizinlə məşq etdiyinə və bu komandanın bir hissəsi olduğuma görə fəxr edirəm. Sizə mənə çox kömək etdiniz!!!".
Radimov isə öz növbəsində yetirməsinə uğurlar arzulayıb: "Həyatda qərar qəbul etməyi bacarmaq lazımdır. Mən səndən SMS almağı görə çox şadam. Ancaq təəssüf ki, bu, "Zenit-2"nin artıq keçmiş futbolçusu olan Ramil Şeydayevdəndir. Əminəm ki, qərarın düzgündür. Ramil, biz sənə azarkeşlik edəcəyik, sənin uğurlarına sevinəcəyik. Səni DÇ-2018-da azarkeş yox, futbolçu kimi görməyi çox istəyirəm. Sən bizi əla komandamızın bir hissəsi idin. Mənə nadir hallardan qollar həsr edirlər. Şeydayev isə ötən mövsümdə 10-cu qolu mənə həsr etdi. Nə gizlədim, xoş idi. Burda vacib olan odur ki, qarşıya məqsəd - 10 qol vurulmaq qoyulmuşdu. Kişi dedi, kişi elədi".
Xatırladaq ki, ötən mövsüm "Zenit-2"də 13 oyunda 10 qol vuran Şeydayev bundan sonra daha Rusiya yığmasında yox, Azərbaycan milliisndə oynamaq istəyərək, AFFA-ya müraciət edib.