1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Uğur Pamuk 5 il öncə "Manisaspor"da oynaya bilməzdi"
"Uğur Pamukla 5 il öncə 22 yaşında olduğu zamanı maraqlanırdım. Peşəkar klublara məsləhət görmüşdüm. Ancaq sonra kölgədə oldu. Buna görə də Pamuk həmin vaxtlar "Manisaspor"da oynaya bilməzdi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri türkiyəli futbol meneceri Alper Akar deyib. Avropada qürbətçi futbolçularn işlərini görən manisalı agent 7 ildən artıqdır Almaniyada yaşayır. O, uzun müddət Azərbaycan Premyer Liqsında çıxış etmiş millimizin sabiq yarımmüdafiəçisi Uğur Pamuku da məhz bu ölkədən tanıyır.
Akar yaxında Türkiyənin birinci liqa təmsilçisi "Manisaspor"la müqavilə bağlayan Pamukun keçidini dəyərləndirib: "O, üzərində çalışaraq oyun səviyyəsini artırıbsa, indi bu klubda çıxış edə bilər. Azırbaycan liqası Türkiyə liqası kimi yaxşı deyil. İnşallah, Uğur səviyyəsini artırmışdı. Xeyirlisi olsun".
Xatırladaq ki, Pamuk klublarımızdan "Xəzər Lənkəran" və "Sumqayıt"da oynayıb. Sumqayıt təmsilçisi 27 yaşlı futbolçu ilə ötən mövsümün sonuna yaxın yollarını ayırıb.