Ukrayna milli komandasının yeni baş məşqçisi Andrey Şevçenko olacaq. Sportnet.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssisin təyinatı artıq bu həftə reallaşacaq. Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi iyulun 15-də keçirəcəyi iclasında yeni baş məşqçinin adını rəsmən açıqlayacaq.
Millidə Mixal Fomenkonun baş məşqçiliyi dövründə onun köməkçisi olan, AVRO-2016-da çalışan Şevenkonun xeyrinə qərar əslində, çoxdan verilib. Məsələ 99 faiz həll olunub ki, qalan 1 faiz fövqəladə vəziyyət üçün hesablanıb.
Xatrladaq ki, Ukraynanın əfsanəvi futbolusu olan, uzun illər "Milan"da uğurla çıxış edən Şevçenko karyerasını bitirdikdən sonra baş məşqçi işləməyib.