"Araz Naxçıvan" klubu Ərzurumda hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, komanda ötən gün növbəti məşqini keçirib.
Bir saatdan çox davam edən məşq prosesində Cavid Həsənov və Eşqin Quliyev komandadan ayrı çalışıb. Belə ki, hər iki futbolçu özlərini narahat hiss etdiyindən, onlar həkim nəzarətində məşq ediblər. Daha çox texniki-taktiki məşqə üstünlük verən baş məşqçi Əsgər Abdullayev əsas heyəti müəyyənləşdirmək üçün sonda iki tərəfli oyunda futbolçuları sınaqdan keçirib. İki tərəfli matçda baş məşqçinin oyunu tez-tez saxlayaraq futbolçulara göstəriş verməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, "Araz Naxçıvan" bu gün - iyulun 25-də "Samsunspor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.