"Zirə” növbəti mövsümə hazırlıq mərhələsində 3-cü yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın gümüş medalçısı bu gün AZAL-la üz-üzə gəlib.
ADBTİA-nın stadionunda keçirilən oyunda hesabı zirəlilər açıb. Yeni transfer Yasin Həmid fərqlənib. Bundan sonra AZAL iki qol vuraraq hesabda önə çıxıb. Oyunun sonlarında isə AZAL-ın digər gənc hücumçusu, Vüsal İskəndərli qol vurub və matç 2:2 hesablı bərabərliklə nəticələnib.
Bununla da "Zirə” hazırlıq prosesinin ilk mərhələsini başa vurub. Komanda sabah təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək. Adil Şükürovun yetirmələri iyulun 30-dək davam edəcək hazırlıq çərçivəsində daha üç yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.







































































