Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev Ukraynanın "Stal" klubunun heyətində ikinci oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, komanda Ukrayna Premyer Liqasının cari mövsümündə ilk xalını "Dnepr"lə səfər matçında qazanıb.
Oyunun 60-cı dəqiqəsində penaltidən buraxdığı qolla hesabda geri düşən "Stal" bundan 18 dəqiqə sonra tarazlığı bərpa edə bilib. "Stal"ın legioneri Silvano Komvalius həm bu çempionatda ilk qollarının müəllifi olub, həm də ilk xalı qazandırıb - 1:1.
Paşayev ilk turda "Karpatı"ya evdə 0:3 hesabı ilə uduzduqları matçda olduğu kimi, 90 dəqiqə oynayıb. Avropa Liqasının finalçısı olan "Dnepr"in heyətində "Qarabağ"ın ukraynalı sabiq yarımmüdafiəçisi Sergey Kravçenko matçı əvəzolunmadan keçirib.