1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Əliyev: "Məqsədimiz futbolçuları..."
"Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Samir Əliyev AZAL-la oyundan sonra klubun rəsmi saytına danışıb. Sportnet.az-ın məlumatına görə, Samir Əliyev məqsədlərinin heyətdəki futbolçuları əsas komandaya mümkün qədər tez bir zamanda hazırlamaq olduğunu söyləyib.
Baş məşqçi AZAL-la oyun haqqında bunları deyib: "Mövsümün ilk oyunu həmişə çətin keçir. AZAL-la oyunumuz da gərgin və maraqlı alındı. Heyətimizdə olan 9 nəfər 1999-cu il təvəllüdlü futbolçulardan 3-nü start heyətində meydana buraxmışdıq. Oyunun gedişində daha 2 futbolçuya şans verdik. Ümumiyyətlə, komandamızda cəmi bir nəfər 20 yaşlı futbolçu var ki, o da qapıçı Sənan Əlizadədir. İkinci qapıçımız isə, 16 yaşlı Nail Alışovdur. Qalan uşaqların hamısı 1997-cil təvəllüdlü və daha gənc futbolçulardır.
Samir Əliyev daha sonra çempionatın hər turunda bu futbolçulara şans verəcəklərini və daha çox çalışsalar, tezliklə əsas heyətə çağırılacaqlarını vurğulayıb.
Xatırladaq ki, "Neftçi"nin əvəzedicilərdən ibarət komandası ilk turda AZAL-ın əvəzedicilərini 2:1 hesabı ilə məğlub edib.