"Neftçi” 3 futbolçusu U-19 yığmasına dəvət olunub. Sportnet.az-ın məlumatına görə, bunlar Pilağa Mehdiyev, Anton Krivotsyuk və Ərziman Rizvanovdur.
Futbolçular Bakıda keçiriləcək təlim-məşq toplanışına qatılacaqlar. Hazırlıq prosesi avqustun 14-dən 23-dək təşkil olunacaq.










































































