Azərbaycan Premyer Liqasının ilk turunda keçiriləcək "Qəbələ" - "Kəpəz" matçından öncə nominal meydan sahiblərinin azarkeşləri həbsdə olan Cavid Hüseynova dəstək nümayiş etdirib. Sportnet.az-ın məlumatına görə, tribunaya toplaşan azarkeşlər "Cavidə azadlıq", "Şəhid oğlu qatil olmaz" şüarları səsləndirib.
Oyun bir neçə dəqiqədən sonra start götürəcək.









































































