1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin futbolçusu: "Bu gün şanslı günümdə idim"
"Oyuna çıxmağa tam hazır olsam da, açığı, meydana belə erkən daxil olacağımı gözləmirdim. Rəşad Sadiqovun zədələnməsindən sonra baş məşqçimiz mənə şans verdi. Mənə etimad göstərdiyi üçün məşqçilərə təşəkkür edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin gənc futbolçusu Tellur Mütəllimov klub saytına açıqlamasında "Kəpəz"lə oyun haqda danışarkən deyib.
Bir qol vuran və ikinci qolun ötürməsini edən 21 yaşlı yarımmüdafiəçi bunları bildirib: "Etimadı doğrultmaq üçün əlimdən gələni etdim. Bunun necə alınmasını isə deyə bilmərəm. Kənardan, xüsusilə də məşqçilər oyunuma daha yaxşı qiymət verə bilər. Düzdür, səhvlərim də oldu ki, onların üzərində hələ çalışmalıyam. Vacib olan komandamızın qələbəsi idi. Sevinirəm ki, qalib gəlib, meydandan 3 xalla ayrıldıq. Əsas komandada qol hesabımı açdım. Həmin epizodda ötürmə alandan sonra yalnız qol vurmaq, komandamı hesabda irəli çıxarmaq haqda düşünüb, bütün fikrimi buna yönəltmişdim. Həmin an dəqiq oynayıb, ilk qolumu vurdum. Bu, bütün komandanın əməyidir. Mövsümün ilk matçında qolla yanaşı, məhsuldar ötürmə də verdim. Bu gün şanslı günümdə idim. İlk qələbəmizi qazandıq, indi belə startın davamını gətirmək haqda düşünürük. Özüm də ilk qolumu vurduqdan sonra növbəti qələbələrdə pay sahibi olmaq istəyirəm. Şans qazansam, etimadı doğrultmağa, oyunum və qollarımla komandanın uğuruna kömək etməyə çalışacağam. Qarşıda "İnter”lə çətin matçımız var. Həmin görüşdə də oynamaq şansı qazansam, bütün bacarığımı ortaya qoyacağam. Hələ gəncəm, potensialımı daha da artırmaq üçün üzərimdə çox çalışmalıyam".