
Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sumqayıt" növbəti yoxlama matçını keçirib. Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Zirə" ilə baş tutan oyunda Samir Abasovun komandası 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu hücumçu Amil Yunanov vurub.