"İnter" Gürcüstandakı təlim-məşq toplanışı başa vurub. Sportnet.az-ın məlumatına görə, Zaur Svanadzenin komandası bu gün Bakıya qayıdıb.
Sentyabrın 4-də "İnter Arena" stadionunda bir araya gələcək "banirlər" 4-cü turun oyununa - "Sumqayıt"la səfər matçına hazırlaşacaq.
Xatırladaq ki, "İnter" toplanış çərçivəsində Gürcüstanın "Samtrdeia" klubu ilə yoxlama oyununda 2:0 hesabı ilə qalib gəlib.