1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bonilya qol vurdu, komandası 2700 dollar rüşvətdən oldu - VİDEO
Salvador milli komandasının futbolçuları hərəyə 2700 dollardan məhrum olub.
Sportnet.az-ın məlumatına görə, "Zirə"nin sabiq hücumçusu Nelson Bonilyanın kapitanı olduğu yığma 2018-ci il dünya çempionatının Şimali, Mərkəzi Amerika və Karib hövzəsi zonası üzrə seçmə qrup matçında Kanadaya səfərdə uduzub - 1:3.
Məğlub komandadan yeganə qolu elə 78-ci dəqiqədə Bonilya vurub. Lakin o, 59-cu dəqiqədə sarı vərəqə ilə də yadda qalıb. 56-cı dəqiqədə isə hücumçunun komanda yoldaşı Darvin Seren meydandan qovulub.
Bununla da Kanada xallarını 7-yə çatdıraraq, A qrupunda növbəti mərhələyə vəsiqə şanslarını saxlayıb. 2 xala malik Salvador isə qrupda sonuncu pillədə "möhkəmlənib".
Qeyd edək ki, oyundan öncə Salvador yığmasının futbolçuları Kanadaya uduzmaları qarşılığında onların hər birinə 2700 dollar rüşvətin təklif olunduğunu bildiriblər. Komanda adından çıxış edən Nelson Bonilya jurnalistlərə müvafiq səs yazısınını təqdim edib.