"Bavariya"nın futbolçusu Frank Riberi keçmiş baş məşqçisi Xosep Qvardiolanın ünvanına xoşagəlməz sözlər işlədib. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı fransalı yarımmüdafiəçi ispaniyalı mütəxəssisin Münhen klubundan gedişindən təəssüflənmir.
Riberi baş məşqçi postunda Yupp Haynkesin Qvardiola ilə əvəzlənməsindən sonra klubun oyun fəlsəfəsindəki dəyişiklikdən narazı qalıb. Buna görə də o, cari mövsümdən "Mançester Siti”yə rəhbərlik edən sabiq çalışdırıcısını tənqid edib: "Qvardiola gənc məşqçidir, ona təcrübə çatmır. Bəzən həddən çox çərənləyirdi...Futbol qat-qat sadədir. Çempionlar Liqasının yarımfinalında səhv etmək olmaz. Tomas Müller ehtiyatda qaldı. Zədəsini sağaldan Jerom Boatenq oyunu tribinadan izləyərək əziyyət çəkirdi. "Bavariya"ya Hitsfeld, Haynkes, Ançelotti kimi insanlar lazımdır".
Xatırladaq ki, Riberi "Bavariya"da Qvardiolanın rəhbərliyi altında 3 il oynayıb.










































































