1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Qisası düşünsəm..." - MÜSAHİBƏ
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında AZAL-a evdə 6:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk olaraq oyun haqda fikirlərini bildirib.
- Tərlan Əhmədova təşəkkür edirəm. Bu oyunu AZAL-ın meydanında oynamalı idik. Ancaq onlar razılıq verdilər, burda oynadıq. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Bizi qarşıda vacib oyun gözləyir. Bu oyuna ciddi hazırlaşmalıyıq. Vaxtımız azdır. Çünki bir müddətdi komanda bir yerdə deyildi. Bu gün qalib gəlməyimizə baxmayaraq, ilk hissədə bizə asan olmadı. Bu səhvləri aradan qaldırmalıyıq. AZAL-a gələn oyunlarda uğurlar arzulayıram.
- Bu gün oyunu "Slovan”ın məqşçisi də izləyirdi. Bu qələbənin rəqibə psixoloji təsir edəcəyini düşünmürsüz?
- Onlar bizi tanıyırlar. Bu qələbənin onlara psixoloji təsir edəcəyini düşünmürəm. Sadəcə olaraq komandanı daha yaxından izləmək istəyirlər. Bu komanda 2 il Avropa Liqasının qrup mərhələsində oynayıb. Mən onların bir oyununu canlı izləmişəm. 1:0 hesabıyla qalib gəldikləri oyunu canlı izlədim. Çox dinamik, hərəkətli komandadır. Çətin olacaq.
- Hamı "Slovan”la ev oyunununun Olimpiya stadionunda olacağını düşünsə də, qarşılaşma "Dalğa Arena”da olacaq...
- Mən istəyərdim ki, oyun böyük stadionda olsun. Ancaq hər bir halda normal meydançada oynamağa çalışmalıyıq. Bəlkə də, indi Olimpiya stadionun ot örtüyü yaxşıdı. Ancaq biz heç də o stadionun ot örtüyü yaxşı olduğu halda başqa stadionu seçməmişik. Biz azarkeşləri də daim düşünürük. "Dalğa Arena”da sadəcə, bir oyun olacaq.
- Komandanın oyun sistemində dəyişiklik olacaq?
- Sistem eyni sistem olacaq. Sadəcə, ola bilsin bəzi dəyişiklik olsun.
- Bu oyunu "Slovan”la qarşılaşma öncəsi məşq hesab etmək olar?
- Biz heç bir oyuna məşq kimi yanaşmırıq. Məşq bu oyundan sonra olacaq.
- Bu qələbəylə "Qarabağ”ın AZAL-a 2:6-lıq məğlubiyyətin əvəzini çıxdığını demək olar?
- Ümumiyyətlə, bu barədə düşünməmişəm. Heç bir komandaya qarşı qisas barədə düşünmürəm. Belə bir şey düşünsəm, heç nə əldə edə bilmərəm. Həyatda qisas almaq daha asandı, nəinki idmanda.
- Bədavi Hüseynovun vəziyyəti necədir?
- Yəqin ki, "Slovan”la oyunda çıxış edə bilməyəcək. Oynamamaq ehtimalı çoxdur.
- Aqolliyə millinin oyunlarıyla bağlı istirahət vermişdiz?
- Bəli. O, komandaya dünən qoşuldu. Yorğun idi. Buna görə ona istirahət verdik.
- UEFA AÇ-2016-da iştirak edən oyunçulara görə klublara müəyyən məbləğ ödəyəcək. "Qarabağ”ı Aqolli AÇ-2016-da təmsil etdi. Bu məbləğin neçə faizi ona çatacaq?
- Bu, çox az məbləğdi. Biz özümüz ona nə qədər lazımdır ödəyirik.