1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədovdan biabırçılığa şərh: "Əsas günahkar mənəm" - MÜSAHİBƏ
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ"a səfərdə 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı çalışdırıcı öncə uğursuz matç haqda düşüncələrini bölüşüb.
- İlk dəfədir danışmağa çətinlik çəkirəm. "Qarabağ”ı təbrik edirəm. Qarşıdakı oyunda onlara uğurlar arzulayıram. Hamı istəyər ki, komandası qalib gəlsin. Məğlub olsa belə, yaxşı oyun sərgiləsin. Ancaq bu gün komandanı tanıya bilmirdim. Bu məğlubiyyət bizə dərs olmalıdı. Gələn oyunlarda bu səhvləri təkrarlamamalıyıq. Məğlubiyyətə görə futbolçuları günahlandırmıram. Əsas günahkar mənəm. Yaxşı ki, çempionatın əvvəlində belə məğlubiyyət yaşadıq və zəif cəhətlərimizi gördük.
- Futbolçuların səhvlər etdiyini dediz. Cəzalandırılan olacaq?
- Yox. Hər məğlubiyyətə görə, futbolçuları cəzalandırsaq, onda gələn oyunda meydana buraxmağa futbolçu tapa bilmərik.
- Bu gün "Qarabağ” çox güclü idi, yoxsa AZAL çox zəif?
- Bu, futboldur. "Qarabağ” hər cəhətdən bizdən üstündür. Sadəcə olaraq, biz bu gün çox zəif təsir bağışladıq. Komanda özünə bənzəmirdi. "Qarabağ” öz oyununu oynadı.
- Belə hesabı gözləyirdiz?
- Açığı, belə biabırçılığı gözləmirdim. Düşünürdüm ki, normal oyun olacaq. Ancaq gözlədiyimiz olmadı.
- AZAL bir neçə il öncə "Qarabağ”ı 6:2 hesabıyla məğlub etmişdi. Düşünmürsüz ki, Qurban Qurbanov bu məğlubiyyətin əvəzini çxıdı?
- Kimin nə fikirləşdiyini deyə bilmərəm. Düşünmürəm ki, kimsə bu fikirdə olsun.
- Ruslan Nəsirlinin yeri görünür...
- Mən də istəyərdim Ruslan bu gün oynasın. Onun burda olmaması məndən asılı deyil. Elə şeylər var demək olmur.