1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elvin Yunuszadə: "Dalğa Arena" səbəb olmamalıdır"
"Bu oyunu "Slovan"la matm öncəsi yüngül məşq adlandırmaq olmaz. Bizim üçün hər oyun çətindir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Azərbaycan Premyer Liqasının IV turunda AZAL-a evdə 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında bildirib. O, bu gün qalib gəlməkdə çətinlik çəkmədiklərini gizlətməyib: "Düzdür, bu gün oyunumuz alındı. Ancaq çempionatda heç bir oyun asan deyil. Əlbəttə, bu gün bizdə çatışmazlıqlar var idi. Mənə gəlir ki, bizim də hardasa bəxtimiz gətirdi. Qol epizodlarımızın əksəriyyərindən istifadə edə bildik".
Eıvin zədəli Bədavi Hüseynovun yoxluğunda əsas sheyətdə yer almaq şansı qazanıb. O, buna görə baş məşqçisi Qurban Qurbanova minnətdarlıq edib: "Mən də əlimdən gələni edirəm. Çalışıram ki, baş məşqçimin etimadını doğruldum. "Qarabağ"da belə bir xüsusiyyət var ki, nə qədər də oynamasan da, meydana çıxanda komanda yoldaşların dəstək olur və çox da çətinlik çəkmirsən. Buna görə də az oynamadığıma görə o qədər də çətinlik çəkmədim. Ancaq əlbəttə, çatışmazlıqlar çoxdur. Gərək işləmək lazımdır".
Yunuszadə Avropa Liqasında "Slovan"la matçı böyük azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadonunda yox, daha az tamaşaçı tutacaq "Dalğa Arena"da keçirəcəklərinə toxunub: "Bu stadionda oynamamışıq, ora öyrəşməmişik. Mən özüm çoxdandır "Dalğa Arena"da oynamamışam. Ancaq bu, bizim üçün səbəb olmamaldıır. Bizim üçün fərqi olmamalıdır. Allah eləməsin, yaxşı nəticə olmasa, heç kim deməyəcək ki. "Dalğa Arena"da oynadığımıza görə belə oldu. Gərək elə şeyrlərə fikir verməyək. Öz oyunumuzu düşünərək hazırlaşmalıyıq".
Müdafiəçi qrupda şanslar haqda qabaqcadan danışmağı düzgün saymayıb: "Qrupdan çıxmaq üün əlimizdən gələni etməliyik. İlk rəqib "Slovan"dır. Ancaq hansı komanda ilə başlamaq fərq etməz. Bütün fikrimizi bugünkü oyuna yönətmişdik. Hədəfimiz AZAL-ı keçib, sonra "Slovan"a hazırlaşmaq idi. Qrupda hər br qələbə vacibdir. Düzdür, "Slovan"a qalib gəslək, qrupda mübarizəyə daha yaxşı başlayaq. Ancaq yalnız ilk oyuna görə qiymət vermək olmaz. Qrupda 6 oyun var. Bir oyunla hər şey bitmir".
"Qarabağ"ın müdafiəçisi onları hər 2 matçda məğlub edəcəklərini düşünən "Slovan"ın məşqçisinin fikrinə də münasibət bildirib: "Bu, onun şəxsi fikridir. Hər şey meydanda görsənəcək. Qələbə üçün çalışacağıq. Buna nail olmaq istəyirik".