1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Riçard Almeyda: "Bizim qrup heç də asan deyil"
"Mən meydana öz işimi görürəm. Bizim baş məşqçimiz var. Onun dediyi kimi, komandamızda həır bir futbolçu mövsümdən-mövsümdə oyun səviyyəsini artırmalıdır. Mən də bu tələbi doğrultmaq üçün həmişə məşqlərimi artırmağa çalışıram". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın braziliyalı futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının IV turunda AZAL-a evdə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirdiyi brifinqdə bildirib. Yarımmüdafiəçi matçı "Əlincə Arena"da izləyən "Slovan"ın məşqçisinin onu fərqləndirməsindən danışıb: "Bu, mənim üçün sadəcə, xoşdur. Ancaq "Qarabağ"da təkcə mən yaxşı futbolçuyam demək düzgün deyil. Çünki bizdə hər mövqedə futbolçular bir-birinə kömək edir. Biz birlikdə güclüyük".
Almeyda Avropa Liqasında "Dalğa Arena"da start götürmələrinə də toxunub: "Biz də istəyərdik ki "Tofiq Bəhramov"da oynayaq. Ancaq məlumdur ki, oranın meydançasının vəziyyəti oynamağa imkan vermir. Bizim üçün elə bir fərqi olmayacaq. Sadəcə, daha kiçik atmosferə sahib arenada oynayacağıq. Bu il qrupda əvvəlkilərdən daha yaxşı nəticə göstərməyə çalışacağıq. Əvvəlcədən onu deyim ki, bizim qrup heç də asan deyil. Çempionlar Liqasında, Avropa Liqasında rahat rəqib yoxdur. Sadəcə, yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik ki, yaxşı nəticəni də qazanaq".