1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" "Dinamo"ya uduzdu - YENİLƏNDİ
"Qəbələ” (Azərbaycan) – "Dinamo” (Moskva, Rusiya) – 0:2
"Qəbələ”: 36. Süleyman Süleymanov, 5. Elvin Dəmirov, 16. Ülvi İsgəndərov, 21. Roman Hüseynov, 23. Amin Seydiyev, 29. Haciağa Hacıyev, 30. Bəhlul Mustafazadə (k), 55. Xəyal Əmirli, 70. Fərid Nəbiyev (79. Əli Sadiqov, 88), 71. Ravil Yusifli (66. Nurlan Quliyev, 60), 98. Rövlan Muradov
Ehtiyat oyunçular: 12. Murad Popov, 24. Maqsud Ələkbərov, 25. Əzəmət Ələkbərli, 50. Sahil Zeynalov, 96. Qədir Bayramlı
Baş məşqçi: Hüseynqulu Quliyev
"Dinamo” 16. İvan Zirikov, 2. Maksim Nenaxov, 4. Nikita Kaluqin, 5. Roman Yevgenyev, 6. Pavel Lelyuxin, 7. Mixail Moqulkin (k) (8. Eduard Şolox, 81), 9. Nikolay Obolski (19. Kiril Burıkin, 90+1), 11. Anton Terexov, 20. Vyaçeslav Qrulev (10. Denis Sedıx, 87), 24. Nikita Klimov, 34. Viktor Demyanov
Ehtiyat oyunçular: 1. Pyotr Kesarevski, 3. Semyon Matviyçuk, 18. Artyom Qorbulin, 33. Roman Denisov
Baş məşqçi: Sergey Çikişev
UEFA Gənclər Liqası, Çempionlar yolu
I mərhələ, ilk oyun
21 sentyabr. Saat 19:00. Qəbələ şəhər stadionu
Baş hakim: Alper Ulusoy (Türkiyə)
Baş hakimin köməkçiləri: İbrahim Bozbey, İlker Takpak (hər ikisi Türkiyə)
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Qollar: Nikita Kaluqin, 42, Nikolay Obolski, 48
Sarı vərəqələr: Amin Seydiyev, 78, Nurlan Quliyev, 79 // Anton Terexov, 52
Artırılan vaxt: I hissədə 1 dəq., II hissədə 3 dəq.
Bu gün UEFA Gənclər Liqasının "Çempionlar yolu”nda yeni mövsümə start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ” I mərhələdə ilk oyununu keçirib. 2015-2016-cı illər mövsümündə U-19 Liqanın qalibi olan "qırmızı-qaralar” özünün debüt matçında Rusiya çempionu Moskva "Dinamo”su ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən ilk qarşılaşma kəşfiyyatla başlasa da, az keçməmiş hər iki komandanın məqsədi bəlli olub. Daha texnikalı oyun nümayiş etdirən "qırmızı-qaralar” topa nəzarət etməklə kombinasiyalı futbol nümayiş etdirmək meylini ortaya qoyub. Fiziki göstəriciləri ilə seçilən şimallılar isə standart vəziyyətlərdən faydalanmağa çalışıb. Bu üzdən "Dinamo”nun ucaboy arxa xətt oyunçuları da künc zərbələri və cərimələr zamanı irəli getməkdən çəkinməyib. Roman Hüseynov 8-ci dəqiqədə fərqlənmək imkanını qaçırıb. 5 dəqiqə sonra isə onun ötürməsindən sonra Rövlan Muradov cərimə meydanında yıxılsa da, qayda pozuntusu qeydə alınmayıb. İlk yarım saatın tamamında "Qəbələ” real qol vəziyyəti yaradıb. Rəqib müdafiəçilərin səhvindən sonra 5 futbolçu iki "dinamo”cuya qarşı qalsa da, Nikita Kaluqin inamlı oynayaraq, təhlükəni sovuşdurub. Ardınca Roman bir neçə dəfə moskvalılara həyəcan yaşadıb. Onun bir zərbəsi və daha iki ötürməsi, hər zərbəsi Rusiya çempionunun qapısı önündə qol vəziyyəti ilə nəticələnib. Lakin "qırmızı-qaralar” hesabı aça bilməyib. 42-ci dəqiqədə cərimə meydanının xətti üzərindən təyin olunan standart vəziyyət "Dinamo”nun ilk qolu ilə nəticələnib. Kaluqinin qüvvətli zərbəsi qarşısıalınmaz olub – 0:1. İll yarının son dəqiqəsində isə Romanın zərbəsi tirdən dönüb.
İkinci hissə komandamız üçün uğursuz başlayıb. Nikolay Obolski texnikası sayəsində iki müdafiəçidən sıyrılıb, qarşısıalınmaz zərbə ilə fərqi artırıb. Hüseynqulu Quliyevin yetirmələri dərhal qollardan birinin əvəzini çıxmağa yaxın olub. Lakin Nəbiyevin zərbəsini qolkiper dəf edib. Az sonra Ülvi İsgəndərovun uzaq zərbəsi hədəfdən yan keçib. Ardıcıl hücumlar edən "qırmızı-qaralar” Azərbaycan klublarının turnirdəki ilk qolunu vurmağa çalışsa da, həmlələr bəhrəsini vermir. Hətta hücumların biri zamanı 5 dəqiqəyə yaxın cərimə meydanının önündə paslasan komandamız bu ərazi üstünlüyünü qola çevirə bilməyib. Baş məşqçilərin oyunçu dəyişiklikləri də matçın axarını dəyişməyə kifayət etməyib. "Dinamo” üstünlüyü rəqibdən almağa, "Qəbələ” isə bundan yararlanmağa çalışsa da, hesab dəyişməyib.
Beləliklə, "Qəbələ” "Dinamo” ilə ilk oyunda 0:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab oyunu oktyabrın 19-da Ximkidəki "Rodina” stadionunda baş tutacaq.
Bu, Azərbaycanın turnirdə 2-ci çıxışıdır. Ötən mövsüm bu yarışda ölkəmizi təmsil edən "Rəvan"ın U-19 komandası da Moskva təmsilçisinə - "Spartak"a uduzmuşdu.