1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fərhad Vəliyev: "Hakim əllə oyunu görür, bilə-bilə vermir..." - MÜSAHİBƏ
"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev AZərbaycan Premyer Liqasında AZAL-la matçdan sonra müsahibə verib. 36 yaşlı əlcək sahibi Sportnet.az-ın da əməkdaşının suallarını cavablandırıb.
- Bu gün komandanız 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Əlbəttə, 2 xal itiridk. Bildiyiniz kimi, bu mövsüm doğma azarkeşləriniz qarşısında xal qazanmamışıq. Hər 2 qələbəmiz səfərdə olub. İlk qələbəmiz bu gün qazanaıb, azarkeşlərimizi sevindirmək istəyirdik. Birinci dövrəni qələbə ilə başa vurmaq istəyirdik, ancaq alınmadı. İlk hissəni məğlub kimi başa vurduq. Ancaq ikinci hissədə baş məşqçimizin bəzi dəyişiklərindən sonra hesabı bərabərləşdirə bildik.
- Tribunadan bir azarkeş 90 dəqiqə "Fərhad" deyə qışqırırdı, sənə söz atardı. Maraqlıdır, bu, sənə gəlib çatırdımı? Diqqətin yayınırdımı?
- O sözü eşidirdim. Ancaq azarkeş hər zaman başqa söz də, yaxşı söz də deyə bilər. Mənim fikrim orda yox, oyunda idi.
- "Neftçi"yə qalib gələn "Sumqayıt"ın AZAL-a qalib gələ bilməmyi sizin üçün gözlənilməz olmadı ki?
- Əlbəttə, oldu. İlk hissəni çox pis başladıq.
- Bəlkə AZAL son pillədə olduğuna görə arxayınçılıq oldu?
- Yox. Hesabı tez açmaq istəyirdik. Ancaq əksinə, tez qol buraxdıq. Bu, bütün planlarımızı pozdu. Baş məşqçimizin tövsiyələrinə əsasən ikinci hissədə oyunu dəyişə bildik.
- "Sumqayıt" üçün bu heyətlə avrokuboklara vəsiqə bu möbvsün realdırmı?
- Rəhbərlik qarşımıza belə bir məqsəd qoymayıb. Bizdə Yalnız yaxşı oyun, sonadək mübarizə aparmağı gözləyir. Biz hər matçda qələbəyə oynayırıq, heç kəsdən çəkinmirik. İnşalah, çempionatı hansı yerdə başa vurmağımız üçün mövsümün sonunu gözləyəcəyik.
- Hakimliyi necə dəyərləndirərdiniz? Bir penalti epiozdu oldu ki, bütün komanda buna etiraz elədi?
- İkinci hissədə ələ dəyən epizod açıq aşkar penalti idi. Qapı arxasında olan hakimin gözü qabağında idi. Görmürlər və ya görürlər, bilə-bilə vermirlər, bilmirəm. İkinci hissəyə 3 dəqiqə əlavə olundu. AZAL-ın futbolçusu yerdə yatırdı, həkim meydana daxil olmuşdu. Bunu nəzərə alaraq ən azı 4-5 dəqiqə artırılmalı idi.
- Keçmiş komandan "Qarabağ" Avropa Liqasında qrupda son matçında "Fiorentina"ya səfərdə 1:5 hesabı ilə uduzdu. Niyə belə nəticə oldu? Bütün gühanı qırmızı vərəqə alan Elvin Yunuszadənin üzərinə atmaq da düzgün olmazdı. O qədər komanda var ki, 10 nəfərlə oynayır....
- Gördüyünüz kimi, "Qarabağ" oyuna yaxşı başlamışdı. Bərabər oyun gedirdi, bizim təhlükəli epiozdlarımız da var idi. Ancaq qırmızı vərəqədən sonra müdafiədə boşluqlar yarandı. Belə məğlub olmaq komandaya pis təsir eləyir. Qarşıdakı oyunlarda doğma "Qarabağ" komandama, baş məşqçi Qurban Qurbanova uğurllar arzulayıram. Düşünürəm ki, sabiq komandamı özündə güc tapıb qrupdan ən azı 2-ci yerlə çıxmaq şansı var.